Məxfilik Siyasəti

İstifadəçinin şəxsi və maliyyə məlumatlarının necə idarə olunması hər zaman aktualdır. Təşkilat tərəfindən təmin edilən onlayn kredit xidmətləri üzrə şərt və müddəalarda Təşkilatın Sizin barədə məlumatları toplaması, emal etməsi və paylaşması barədə müddəalar ola bilər . İstənilən belə müddəalar həmçinin Sizin Tətbiqdən istifadə zamanı toplanmış və emal edilmiş məlumatlara tətbiq olunacaqdır (bu zaman “Siz” termininə İstifadəçi, habelə İstifadəçi məlumatları əsasında tətbiqdən istifadə edən üçüncü şəxslər də daxildir. Təşkilat olaraq, Sizin təqdim etdiyiniz bütün məlumatların (şəxsi məlumatlar daxil olmaqla) konfidensiallığını qorumaq üçün tədbirlər görürük. Buna baxmayaraq, Sizin və ya üçüncü şəxslərin təqsiri ucbatından həmin məlumatların Siz və ya üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Təşkilat məsuliyyət daşımır.

Təşkilat olaraq anlayırıq ki, toplayacağımız müştərilərə aid fərdi məlumatlar (barmaq izləri və digər biometrik) xüsusi kateqoriyalı fərdi məlumatlardır. Buna görə də, Biz toplanılan, saxlanılan və işlənilən fərdi məlumatların (həmçinin arxivləşdirilmiş fərdi məlumatların) konfidensiallığının qorunması, məlumat sızmalarının qarşısının alınması, yarana biləcək hər hansı fəlakət və məlumat sızmaları üzrə tədbir görürük.

Təşkilat olaraq müştərilərə ən yaxşı kredit xidmətləri və məhsullarını təqdim etmək üçün qanunvericiliyin yol verdiyi hədlərdə Sizə aid məxfi məlumatlardan istifadə edəcəyik. Biz məlumatları digər kredit təşkilatları, törəmə təşkilatlar, xidmət təminatçıları və ya agentlərinə ötürə bilərik. Bu zaman həmin şəxslərdən müvafiq konfidensiallıq və təhlükəsizlik standartlarını tətbiq etmələrinin tələb olunmasını təmin edəcəyik.

Yalnız qanunvericilikdə icazə verildiyi və ya tələb olunduğu hallarda və həcmdə sizin məlumatları müvafiq icra hakimiyyəti və ya məhkəmə orqanlarına açıqlayacağıq.

İstifadəçilərə aid fərdi məlumatları aşağıdakı məqsədlərlə toplayırıq:

Təşkilat olaraq yuxarıdakıları məhdudlaşdırmadan, məlumatları adımızdan fəaliyyət göstərməyə müvəkkil edilmiş bütün daxili və xarici agentlərə, törəmə təşkilatlara və aidiyyəti şəxslərə (subpodratçılar daxil olmaqla) aşağıdakı məqsədlər üçün açıqlaya və ötürə bilərik:

Tətbiqdən istifadə edərkən razılıq barədə qeyd qoyuduğunuz halda Siz yuxarıda təsvir olunan şəkildə məlumatların açıqlanması, emal edilməsi, saxlanması və ötürülməsinə razılıq vermiş hesab ediləcəksiniz.

Bu qeydi etməklə siz razılıq verirsiniz ki, “Fərdi məlumatlar haqqında” Qanuna əsasən “KredAqro BOKT” MMC, ona verilmiş lisenziya ilə icazə verilən fəaliyyət növləri üzrə əməliyyatların icrası zamanı xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması, yeni kredit məhsullarının müştərilərə çevik və əlçatan formada təqdim edilməsi məqsədilə tərəfinizdən bizə təqdim olunmuş/olunacaq, habelə fərdi məlumatların digər operatorlarından/mülkiyyətçilərindən Sizə məxsus fərdi məlumatların toplanması, işlənməsini və (o cümlədən transsərhəd) ötürülməsini həyata keçirə bilər. Eyni zamanda Təşkilat kredit tarixçənizin tərtib edilməsi üçün hər cür neqativ və pozitiv məlumatlarınızı kredit bürosu(ları)na təqdim edə və ya müvafiq məlumatları kredit bürosundan ala bilər. Bu razılıq Təşkilatın xidmətlərindən istifadə etdiyiniz müddətdə qüvvədədir və fərdi məlumatlar Təşkilatın müvafiq informasiya sistemində qanunvericilik və daxili qaydalarla müəyyən edilmiş müddət ərzində saxlanılır, arxivləşdirilir və məhv edilir. Siz Təşkilata yaxınlaşaraq bu razılığı geri götürə bilərsiniz.

İstifadəçinin vəzifələri və öhdəlikləri

İstifadəçinin vəzifələri və öhdəlikləri İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:

İstifadəçinin aşağıdakı hüquqları vardır:

Sənədlərin və əməliyyatların hüquqi qüvvəsi

Digər müddəalar

İstifadəçi təsdiq və bəyan edir ki, Tətbiqdə qeydiyyat və ya istifadə zamanı daxil etdiyi məlumatlar tam və düzgündür, habelə bütün məlumatlar şəxsən özünə məxsusdur. Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı İstifadəçi tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsi, habelə ona məxsus olmayan məlumatın istifadə edilməsi ilə bağlı yarana biləcək risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

İstifadəçi Təətbiq vasitəsilə əməliyyatların aparılması zamanı özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. “KredAqro BOKT” MMC məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin bizdən asılı olmayan səbəblərdən həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə “KredAqro BOKT” MMC məsuliyyət daşımır.

Tətbiq vasitəsilə əməliyyatların aparılması və/və ya sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. Buna görə də, aparılacaq bütün əməliyyatların icrasından əvvəl İstifadəçi şərtlər və tariflərlə tanış olmalı və yalnız bütün şərtlər ona aydın olduqdan sonra əməliyyatı təsdiq etməldir.

İstifadəçi qeyri-qanuni, alçaldıcı, nalayiq və ya təhdidedici məqsədlər, dövriyyəsi qadağan edilmiş (məhdudlaşdırılmış) mal və xidmətlərdən istifadə, habelə idman mərc və qumar oyunları üzrə ödənişlər etmək üçün Tətbiqdən istifadə edə bilməz. İstifadəçi bu hallarla bağlı əməliyyatlara və onların nəticəsinə görə məsuliyyət daşıyır. Bu kimi əməliyyatların həyata keçirildiyini aşkarladığı halda, “KredAqro BOKT” MMC Tətbiq vasitəsilə aparılan əməliyyatları bloklaşdıra, Tətbiqdən istifadəni dayandıra, habelə əməliyyatların növünü, həcmini nəzərə almaqla müəyyən limitlər və ya məhdudiyyətlər tətbiq edə bilər.